falsa demonstratio non nocet

sözbəsöz tərcümə edildiyi halda “səhv təsvir ziyan törətmir” mənasını verir. Prinsip bir qayda olaraq tərəflərin iradə iddialarının təfsiri zamanı (AR MM 324.5, 404.1-ci maddələr) istifadə edilir. Prinsipin məntiqi ondan ibarətdir ki, tərəflərin eyni əşyanı nəzərdə tutub, lakin səhv təsvir etməsi, digər sözlərlə iradə ifadəsini səhv ifadə etməsi və ya ifadə edən tərəfindən səhv təsvir edilən ifadə iradə ifadəsini qəbul edən tərəfdən “düzgün” başa düşülməsi müqavilənin və ya iradə ifadəsinin əmələ gəlməsi və hüquqi qüvvəsi üçün əhəmiyyət kəsb etmir. Məsələn, hər iki tərəf “Audi” markalı maşına münasibətdə səhvən “Mercedes” olaraq xitab edir.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?