hüquq kəsici müddət

Hüquq kəsici müddət birinə məxsus hüququn qüvvədə olmasını aradan qaldıran müddətdir.1 Bu konsepsiya “iddia müddəti” termini ilə müqayisədə işlədilən anlayışdır və bu anlayışı daha yaxşı başa düşmək üçün onu “iddia müddəti” termini ilə müqayisədə dəyərləndirmək lazımdır. Hüquq kəsici müddətdən fərqli olaraq iddia müddəti hansısa hüquq barədə tələb irəli sürməyə, yəni məhkəmədə iddia qaldırılmasına imkan verən müddətdir.2 İddia müddəti hüququ deyil, hüquq barədə iddia qaldırmaq imkanını aradan qaldırır, hüquq kəsici müddət isə məhz hüququ aradan qaldırır. Konstitusiya Məhkəməsi 12 mart 2020-ci il tarixli qərarında bu konsepsiyanı “kəsici müddət” kimi adlandırır.3 Türkiyə doktrinal mənbələrində bu ifadə “hak düşürücü süre” kimi bilinir.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?


    1. Məsələn Mülki Məcəllə, 354-cü maddə.
    2. Məsələn Mülki Məcəllə, 373-cü maddə.
    3. Qərarın təhlili barədə bloqdakı bu yazıya baxa bilərsiniz: Konstitusiya Məhkəməsi etibarsızlığın mübahisələndirilməsi haqqında.