“Məhkəmə hüququ bilir”
Mülki prosesdə tətbiq edilən bu prinsip hakim və tərəflər arasında səlahiyyətlər bölgüsünü aparır. Tərəflər müəyyən iddianı əsaslandıran faktları, məhkəmə isə onları hüquqi qiymətləndirməni verməlidir. Bu prinsip kontinental hüquq ölkələrinin hüquq sistemində tətbiq olunmaqla məhkəmənin inkvizitor xarakterini bərqərar edir.