vərəsəliklə keçə bilən tikinti hüququ

Torpaq sahəsi üzərində və ya altında tikinti aparmaq hüququnu ehtiva edən, uzunmüddətli ola bildiyinə görə vərəsəliklə keçə bilən hüquq. Belə bir hüquq torpaq mülkiyyətçisi tərəfindən başqa bir şəxsə torpaqdan istifadə hüququ kimi verilir (adətən ödəniş qarşılığında).  Azərbaycan Respublikasının Mülki Məcəlləsində “tikintiyə vərəsəlik hüququ” kimi keçir. Cari qanunvericiliyə görə bu hüququn verilməsi barədə müqavilə notarial qaydada bağlanmalı və hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Almaniya hüququnda da mövcud olan bu hüquq “Erbbaurecht” kimi adlanır və bu hüquq barədə ayrıca 1919-cu ilə aid qanun (Gesetz über das Erbbaurecht; verilən keçidə son baxış: 7 sentyabr 2022) mövcuddur. İngiliscəsi: heritable building right.

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?