kobud ehtiyatsızlıq

Almaniya Mülki Məcəlləsinin şərhçilərinə görə, kobud ehtiyatsızlıq tələb olunan tədbirliliyin alışılmamış yüksək dərəcədə pozuntusu və cari işdə hər kəsə bəlli olmalı olana riayət edilməməsi kimi başa düşülür.1 Göründüyü kimi bu anlayış konkret olaraq yekun pozuntunu və nəticəni deyil, davranış və fəaliyyət boyu tədbirliliyi nəzərdə tutur.

Bu anlayış, əsasən, mülki məsuliyyət kontekstində işlənir. Azərbaycan Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclunun kobud ehtiyatsızlığa və qərəzə (məqsədli niyyət, qəsd) görə məsuliyyətini əvvəlcədən məhdudlaşdırmaq olmaz (məsələn müqavilə ilə). Almaniya Mülki Məcəlləsi ümumilikdə öhdəliklər üçün bu qaydanın elementlərindən təkcə qərəzi saxlayıb (Maddə 276.3; müqavilə standart şərtləri üzrə qaydalar istisna).

Lüğət indeksinə qayıt

 


Dəyişiklik təklifiniz var?


    1. Wurmnest, Münchener Kommentar zum BGB, Vol. 2, 8th Edition 2019, § 309 No. 7 nos. 20; bura istinadı verən orijinal mənbə: TaylorWessing hüquq şirkəti tərəfindən yayımlanmış Guideline – Liabilities and Indemnities under German Law – keçidə son baxış: 14 noyabr 2022).
    2. Almaniya Mülki Məcəlləsi Maddə 276(2); Ward Farnsworth, Mark F. Grady, Torts: Cases and Questions, Introduction - 1. The Scope of the Law of Torts.
    3. Ward Farnsworth, Legal Analyst 39.
    4. 448.2-ci maddədə qaydanın təbiətindən irəli gələrək "təqsir" bir az fərqli bölünür: "Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz."